...

Çində gizli hipersəs raketinin son sınaqları keçirilib

Dünya xəbərləri Materials 20 Yanvar 2025 05:39 (UTC +04:00)
Çində gizli hipersəs raketinin son sınaqları keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Hərbi Hava Qüvvələri üçün xüsusi hazırlanmış “hava-hava” sinfinə aid yeni hipersəs raketlərinin sınaqları uğurla tamamlanıb.

Trend xəbər verir ki, bu raketlər termiki davamlılıq baxımından ekstremal şərait tələblərinə uyğun olaraq sınaqlardan keçirilib. Alimlərin sözlərinə görə, bu raketlər Çin hərbi aviasiyasının sərt tələblərinə cavab vermək üçün inkişaf etdirilib və artıq uçuş sınaqlarından keçir.

“Bu, hazırda uçuş sınaqlarından keçən B-21 görünməz bombardmançı təyyarəsi də daxil olmaqla, Amerika hərbi təyyarələri üçün görünməmiş təhlükə yarada biləcək bu sirli silahın mövcudluğunun ilk rəsmi təsdiqidir”, – nəşrdə qeyd olunub.

Xatırladaq ki, 2024-cü ilin sentyabrında ABŞ altıncı nəsil B-21 Raider strateji bombardmançı təyyarələrinin sınaq uçuşlarına başlamışdı.

Xəbər lenti

Xəbər lenti