...

ABŞ 2024-cü ildə Almaniyanın ən mühüm ticarət tərəfdaşı olub

Dünya xəbərləri Materials 20 Yanvar 2025 06:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Almaniya üçün ABŞ ən mühüm ticarət tərəfdaşı olub.

Trend “Spiegel” qəzetinə istinadən xəbər verir ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 255 milyard avroya çatıb. Bu, Almaniyanın 2016-cı ildən bəri ilk dəfə olaraq Çin ilə müqayisədə ABŞ-lə daha çox ticarət dövriyyəsi həyata keçirdiyini göstərir.

Almaniyanın ikinci ən böyük ticarət tərəfdaşı olan Çin ilə qarşılıqlı ticarət dövriyyəsi isə 247 milyard avro təşkil edib. Bu göstərici üzrə Almaniyanın sonrakı ən mühüm ticarət tərəfdaşları arasında Niderland, Fransa və Polşa yer alır.

Qeyd edək ki, Almaniyanın Çin ilə ticarət dövriyyəsi 2022-ci ildə təxminən 300 milyard avro olub. Ötən il isə xüsusilə avtomobillərin, avtomobil hissələrinin və digər nəqliyyat vasitələrinin ixracatında azalma müşahidə edilib. Bu, ümumilikdə Almaniyanın xarici ticarət dövriyyəsində 2024-cü ildə 2 faiz azalma ilə nəticələnib.

Ticarət dövriyyəsinin azalmasına səbəb isə avtomobil ixracatının Çinə düşməsi və alman şirkətlərinin bu bazara alternativ bazarlar axtarmasıdır. Bu alternativ bazarlardan biri isə Vyetnamdır. Ötən il Almaniya ilə Vyetnam arasında ticarət dövriyyəsi 11 faizdən çox artıb.

Xəbər lenti

Xəbər lenti