Bakı. Trend:
Amerikanın seçilmiş prezidenti Donald Trampın komandası Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatların istefasını tələb edib.
Trend "Washington Post"a istinadən xəbər verir ki, bu addım, gedən Joe Biden administrasiyası ilə "həlledici fasilə" nümayiş etdirmək məqsədi daşıyır.
Nəşrin məlumatına görə, “onlarla diplomat” Trampın köməkçilərindən müvafiq göstəriş aldıqdan sonra yanvarın 20-də günorta saatlarında istefa verəcək. İstefa verəcək şəxslər arasında ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass və dövlət katibinin enerji resursları üzrə köməkçisi Geoffrey Pyatt da var.
Bildirilir ki, onların yerinə Trampın birinci dövründə Dövlət Departamentinin icraçı katibi vəzifəsində çalışmış Liza Kennanın təyin edilməsi gözlənilir. O, dövlət katibinin siyasi məsələlər üzrə müavini kimi fəaliyyət göstərə bilər.