Bakı. Trend:
2024-cü ilin yanvar-dekabr aylarında Türkiyədən Gürcüstana polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 15,6 faiz artaraq, 197 milyon 26 min 39 dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin dekabr ayında Türkiyə Gürcüstana 15 milyon 719 min 12 dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da 2023-cü ilin eyni dövri ilə müqayisədə 0,8 faiz azdır”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,7 faiz artaraq, 16 milyard 149 milyon 331 min dollara bərabər olub.
“2024-cü ilin dekabr ayında Türkiyə 1 milyon 446 min 369 dollar məbləğində polad ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 7,3 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024 son 12 ayı ərzində (dekabr 2023 – dekabr 2024) Türkiyə 16 milyard 149 milyon 331 min dollar məbləğində polad ixrac edib.