Bakı. Trend:
Rey rayonunda qaz anbarının çənlərindən baş verən yanğının qarşısı alınıb.
Trend-in məlumatına görə, bunu İranın Neft Məmulatlarının Distributorluğu Milli Şirkətinin icra direktoru Veys Kərəmi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, qeyd olunan anbarın çənləri yeraltı anbarlardır və sözügedən yanğın təmir işləri aparılarkən baş verib.
Hazırda yanğının qaşrısı alınıb və qısa müddət ərzində tam şəkildə söndürüləcək.
XXX
12:25
Bu gün İranın Tehran vilayətinin Rey rayonunda 18 min tonluq qaz anbarının çənlərindən birində yanğın baş verib.
Trend-in məlumatına görə, bunu İranın Neft Məmulatlarının Distributorluğu Milli Şirkətinin icra direktoru Veys Kərəmi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hal-hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Kərəmi əlavə edib ki, qaz anbarının yerləşdiyi ərazidə bir neçə neft və qaz obyekti mövcuddur.