Bakı. Trend:
Amazon.com Inc Kanadanın Kvebek əyalətindəki bütün yeddi anbarını bağlamağı və təxminən 1900 nəfərdən ibarət işçi qüvvəsini azaldmağı planlaşdırır.
Trend-in məlumatına görə, Amazon sözçüsü Barbara Aggright bildirib ki, “Kvebek əməliyyatlarımızı nəzərdən keçirdikdən sonra, 2020-ci ildən əvvəl etdiyimiz kimi, üçüncü tərəf çatdırılmasına qayıtmaq qərarına gəldik”.
Şirkət təsirə məruz qalan işçilərə 14 həftəlik əmək haqqını ödəyəcək.
Amazon Kanadanın digər bölgələrindəki anbarlarını bağlamaq niyyətində deyil. Qeyd edək ki, son üç ayda şirkətin bazar kapitallaşması 27% artaraq 2,43 trilyon dollara çatıb.