...

İtaliya Aİ-də kənd təsərrüfatında liderdir

Dünya xəbərləri Materials 23 Yanvar 2025 07:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya 2024-cü ildə Avropa İttifaqına üzv 27 ölkə arasında kənd təsərrüfatında ən yüksək əlavə dəyərə malik ölkə olub.

Trend-in məlumatına görə, İtaliya Milli Statistika İnstitutu (ISTAT) bildirir ki, ötən il ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,4 faiz, əlavə dəyər isə 3,5 faiz artaraq 42,4 milyard avroya çatıb. Bu göstəricilər əsasən bitkiçilik və heyvandarlıqda istehsal həcminin artması ilə bağlı olub.

Baş nazir Ciorcia Meloni bu nəticəni tarixi rekord kimi qiymətləndirib və kənd təsərrüfatı sahəsində artımın ölkənin iqtisadi uğurlarında mühüm rol oynadığını vurğulayıb.

Müqayisə üçün qeyd edək ki, keçən il İspaniya 39,5 milyard avro, Fransa 35,1 milyard avro, Almaniya isə 31,9 milyard avro dəyərində kənd təsərrüfatı məhsulu istehsal edib.

Xəbər lenti

Xəbər lenti