Bakı. Trend:
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 47,5 faizdən 45 faizə endirib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Qeyd edilib ki, dekabr ayında inflyasiyanın əsas tendensiyası azalarkən, ilkin məlumatlar yanvarda artımın proqnozlara uyğun olduğunu göstərir.
Əsas malların inflyasiyası nisbətən aşağı olaraq qalır.