Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr palatasının üzvləri Ağ Ev rəhbəri Donald Trampın 3-cü müddətə prezident olmasına imkan verən qətnamə layihəsi təqdim ediblər.
Trend xəbər verir ki, belə bir təşəbbüsün müəllifi Tennessi ştatından olan respublikaçı Endi Oqlzdır və o, konstitusiyaya eyni şəxsin üç dəfə prezident vəzifəsi tutmasına imkan verəcək dəyişiklik olunmasını təklif edir.
Hal-hazırda ABŞ-nin ali qanunvericiliyinə görə, eyni bir şəxs yalnız iki dəfə prezident ola bilər.
Belə bir qətnamənin qəbul olunacağı təqdirdə Tramp 2028-ci il prezident seçkilərinə də namizədliyini irəli sürə bilər.