Bakı.Trend:
Çinin “Aerospace CH UAV” şirkəti tərəfindən hazırlanmış CH-YH1000 modelindən olan pilotsuz nəqliyyat təyyarəsinin növbəti sınağını həyata keçirib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, ağır pilotsuz təyyarə tam yüklənmiş vəziyyətdə Hubey əyalətinin hava məkanında manevrlər yerinə yetirib.
“Keçirilmiş sınaq logistik daşınmalar, təcili yardımın göstərilməsi və hərbi əməliyyatlara dəstək üçün nəzərdə tutulan pilotsuz uçan aparatın hazırlanması istiqamətində atılmış vacib addımdır”, - məlumatda qeyd olunub
Qeyd edilir ki, PUA 1000 kiloqram yükgötürmə qabiliyyətinə malikdir və uçuş zamanı maksimal uçuş kütləsi 2300 kiloqrama çata bilər. Dron səmada sərbəst 10 saat uça bilər.