...

Britaniya və İrlandiyada minlərlə hava reysi təxirə salınıb

Dünya xəbərləri Materials 25 Yanvar 2025 13:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün Böyük Britaniya və İrlandiya ərazisinə daxil olmuş “Ayovin” (Éowyn) qasığrası ilə əlaqədar bölgədə minlərlə hava reysi təxirə salınıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, qırmızı dərəcəli xəbərdarlıqla əlaqədar bir çox avtomagistrallar bağlanıb. Qasırğa İrlandiyaya sürəti 183km saata çatan şiddətli küləklər gətirib. Bu ikinci dünya müharibəsindən bəri bölgənin üzləşdiyi ən kəskin qasırğa kimi qiymətləndiirlir. Artıq ağacın aşması nəticəsində Doneqol ərafında bir nəfərin həlak olduğu bildirilir.

Qeyd edilir ki, İrlandiyada bir milyondan çox kənd təsərrüfatı obyekti, ferma və müəssisə elektrik təchizatından məhrum olub. Şotlandiyada isə 100 minə yaxın istehlakçının işıqsız qaldığı qeyd edilir.

Xəbər lenti

Xəbər lenti