...

İspaniyada Brüssel teraktı ilə əlaqəli şəxs saxlanılıb

Dünya xəbərləri Materials 25 Yanvar 2025 14:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyada polis 2023-cü ildə Belçikada törədilən terror aktında iştirak etməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.

Trend xəbər verir ki, bu barədə ölkənin hüquq mühafizə orqanları “X” platformasında məlumat yayıb.

“Belçikada törədilən terror aktı ilə əlaqəli qaçaq şəxs saxlanılıb. Hadisə 2023-cü ilin oktyabr ayında Brüsseldə baş verib. Həmin vaxt futbol üzrə İsveç və Belçika milli yığmalarının görüşündən azca əvvəl terror hücumu həyata keçirilib və nəticədə 2 nəfər həlak olub, bir neçə nəfər yaralanıb”,- məlumatda qeyd olunur.

İspaniya polisinin məlumatına görə, saxlanılmış şəxs terror hücumunu həyata keçirmiş şəxsin odlu silah əldə etməsinə kömək olub.

Xatırladaq ki, 2023-cü ildə terrorçu Brüsseldə avtomatdan atəş açaraq Brüsselə Belçika-İsveç matçını izləməyə gəlmiş iki isveçli azarkeşi qətlə yetirmişdi. Cinayətkar hadisə yerindən qaça bilsə də, 12 saatdan sonra elə az qala həmin məhəllədə yerləşən kafedə aşkarlanıb və elə oradaca zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti