Bakı. Trend:
Almaniyanın bir sıra şəhərlərində radikal sağçı qruplara və partiyalara qarşı böyük etiraz mitinqləri keçirilib.
Trend-in məlumatına görə, “Sağa qarşı” devizi altında təşkil olunan etirazların ən böyüyü Almaniyanın paytaxtı Berlində baş tutub. Brandenburq qapılarının ətrafında keçirilən mitinqə 100 minə qədər nümayişçi qatılıb. Etirazçılar sağ ekstremistlərə və Almaniya üçün Alternativ Partiyasına (AfD) sərt reaksiyalarını bildiriblər.
Köln şəhərində keçirilən demokratiya mitinqində 20 min nəfər iştirak edib. Halle (Saale) şəhərində isə 10 mindən çox insan AfD-nin seçki kampaniyasına qarşı etirazlarını bildirmək üçün mitinqə qoşulub.
Aşaffenburq şəhərində bir neçə gün əvvəl əfqan mənşəli bir miqrantın iki nəfəri qətlə yetirməsindən sonra təşkil olunan mitinqdə isə iştirakçılar sağ təsirlərin siyasətdə və cəmiyyətdə artmasına qarşı etirazlarını bildirmişlər.