...

Çinin "DeepSeek" tətbiqi qlobal reytinqlərdə liderlik edir

Dünya xəbərləri Materials 28 Yanvar 2025 05:36 (UTC +04:00)
Çinin "DeepSeek" tətbiqi qlobal reytinqlərdə liderlik edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin "DeepSeek" şirkətinin eyni adlı tətbiqi Çin, ABŞ, Böyük Britaniya və BƏƏ də daxil olmaqla bir çox ölkədə "AppStore" reytinqlərinə liderlik edir.

Trend-in məlumatına görə, "DeepSeek" şirkəti 2023-cü ildə süni intellektlə işləyən məhsullarını təqdim etməyə başlayıb. Lakin yanvarın 20-də "ChatGPT"dən daha üstün olduğu iddia edilən yeni R1 versiyasının buraxılması ilə şirkət böyük ictimai marağa səbəb olub.

Tətbiq, həmçinin Almaniya, Səudiyyə Ərəbistanı, Fransa, Türkiyə, Niderland və Yaponiya kimi ölkələrdə ən populyar beşlik sırasında yer alıb.

Yeni versiyanın istifadəyə verilməsi ilə "DeepSeek" çatbotu Qərb sosial şəbəkələrində geniş müzakirələrə səbəb olub və süni intellekt sahəsində diqqət mərkəzinə çevrilib.

Xəbər lenti

Xəbər lenti