Bakı. Trend:
Qazaxıstanın “Taraz” tankeri Aktau limanından Bakı istiqamətinə hərəkət edib.
Trend “KazMunayQaz” şirkətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu neft daha sonra Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Aralıq dənizinə qədər daşınacaq.
2022-ci ildə “KazMunayQaz” (KMQ) və SOCAR arasında Qazaxıstan neftinin tranzitinə dair razılaşma imzalanıb. 2024-cü ilin mart ayında isə tərəflər neftin Azərbaycan ərazisindən tranzit həcmini mərhələli şəkildə artırmaq barədə razılığa gəlib.
Sazişə əsasən, il ərzində tranzit həcminin 2.2 milyon tona qədər artırılması gözlənilir.
