...

Maduro Donald Trampın hakimiyyətə gəlməsini müsbət dəyərləndirir

Dünya xəbərləri Materials 28 Yanvar 2025 08:30 (UTC +04:00)
Maduro Donald Trampın hakimiyyətə gəlməsini müsbət dəyərləndirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuela prezidenti Nikolas Maduro, ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsinin Venesuela ilə münasibətlərin yaxşılaşmasına səbəb ola biləcəyini bildirib.

Trend-in məlumatına görə, Maduro bu fikri bazar ertəsi braziliyalı jurnalist Breno Altmana verdiyi müsahibəsində söyləyib. O, Trampın hakimiyyətə gəlməsinin Venesuela üçün yeni qarşılıqlı faydalı münasibətlərə qapı açdığını vurğulayıb.

Maduro beynəlxalq münasibətlərdə qarşıya çıxan “turbulentlik və problemləri” qeyd edərək, dünyanın artıq "çoxqütblü və çoxmərkəzli" olduğunu bildirib.

Eyni zamanda, Venesuela lideri Trampın sülh, müharibələrin sona çatdırılması və problemlərin diplomatik yollarla həlli ilə bağlı təkliflərinin həyata keçməsini arzuladığını ifadə edib.

Xəbər lenti

Xəbər lenti