...

Tramp yeni Dəmir Günbəz raketdən müdafiə sistemi üçün plan təqdim etməyi tapşırıb

Dünya xəbərləri Materials 28 Yanvar 2025 09:00 (UTC +04:00)
Tramp yeni Dəmir Günbəz raketdən müdafiə sistemi üçün plan təqdim etməyi tapşırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp, müdafiə naziri Pit Heqsetə 60 gün ərzində yeni Dəmir Günbəz raketdən müdafiə sistemi üçün dizayn və yerləşdirmə planını təqdim etməyi tapşırıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı fərmanda qeyd olunub.

Sənəddə bildirilib ki, "ballistik, hipersəs və qanadlı raketlərdən, eləcə də digər qabaqcıl hava hücumu imkanlarından istifadə etməklə hücum təhlükəsi ABŞ-nin üzləşdiyi ən fəlakətli təhlükə olaraq qalır".

Fərmanda həmçinin vurğulanıb ki, müdafiə naziri Pit Heqset, sərəncamın verildiyi tarixdən 60 gün ərzində yeni nəsil raketdən müdafiə sisteminin yaradılmasına dair arxitektura və planı prezidentə təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti