...

Tramp Kanada və Meksikaya tariflərin tətbiqi ilə bağlı fikrini dəyişməyib

Dünya xəbərləri Materials 29 Yanvar 2025 00:54 (UTC +04:00)
Tramp Kanada və Meksikaya tariflərin tətbiqi ilə bağlı fikrini dəyişməyib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp hələ də fevral ayından Kanada və Meksikadan gələn mallara gömrük rüsumları tətbiq etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Ağ Evdən bildiriblər.

"Prezident hələ də Kanada və Meksikaya tariflər tətbiq etmək planlarında qaldığını deyib", - deyə Amerika liderinin mətbuat katibi Kerolayn Levitt bildirib.

Jurnalistlərin Trampın Çin idxalına 10 faiz rüsum tətbiq etməyi planlaşdırması ilə bağlı sualına cavab olaraq Levitt deyib ki, o, məsələni "araşdırmaqda qətiyyətlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti