Bakı. Trend:
İsrail həbrçiləri Suriya ilə sərhəddəki bufer zonada və Colan təpələrində Hermon dağının Suriya hissəsində qeyri-müəyyən müddətə qalacaq.
Trend-in məlumatına görə, bu barədə ölkənin müdafiə naziri İsrael Katz Hermon dağının zirvəsində ordu mövqeyinə səfəri zamanı bildirib.
"İsrail ordusu Colan təpələrinin və <...> İsrailin şimal hissəsinin təhlükəsizliyini təmin etmək üçün Hermon dağında və bufer zonada qeyri-müəyyən müddətə qalacaq. Biz [İsrail] düşmən qüvvələrin Suriyanın cənubundakı təhlükəsizlik zonasında yerləşməsinə icazə verməyəcəyik və istənilən təhlükəyə qarşı hərəkət edəcəyik", - deyə nazir bildirib.