Bakı.Trend:
Qazaxıstanın Energetika Nazirliyi, Milli Təhlükəsizlik Komitəsi, Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək benzinin və dizel yanacağının üçüncü ölkələrə o cümlədən Avrasiya İqtisadi İttifaqı ölkələrinə dəmiryolu xətti ilə ixracını qadağan edib.
Trend xəbər verir ki, qadağanın başlıca məqsədi daxili bazarda mümkün defisitin qarşısını almaqdır.
Birgə əmrə görə, qadağa yanvarında 29-da qüvvəyə minir və mart ayının 29-dək qüvvədə qalacaq. Öncədən planlaşdırılmış tədarüklər, həmçinin humanitar yardımın göstərilməsi və ya fövqəladə vəziyyətlərin fəsadlarının aradan qaldırılması üçün yanacağın daşınması halları istisna hallar kimi qəbul olunacaq.
Qeyd edək ki, bundan əvvəl 2024-cü ilin sonunda Qazaxıstan benzin və dizelin avtonəqliyyat vasitələri ilə ixracına altı ay müddətinə qadağa qoymuşdu.