Bakı.Trend:
Suriyada 2021-ci ildən bəri Əsəd rejiminə qarşı mübarizə aparmış bütün silahlı qruplaşmalar ləğv edilib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Suriyanın Hərbi Əməliyyatlar Komandanlığının sözçüsü polkovnik Həsən Əbdülqəni Suriya lideri Əhməd Şaranın da qatıldığı tədbirdə çıxışında bildirib.
Əbdülqəni azı 20 silahlı qruplaşmanın buraxıldığını, üzvlərinin isə yeni yaradılan orduya inteqrasiya olunacaqlarını söyləyib.
Hərbi sözçü Əsəd rejim ordusunun da tamamilə dağıdıldığını və yeni əsaslar üzərində sıfırdan bir Suriya ordusunun qurulacağını qeyd edib.
"Devrilmiş rejimin müxtəlif qolları və adları altında fəaliyyət göstərmiş bütün təhlükəsizlik xidmətlərinin və bütün milis dəstələrinin ləğv edildiyini və vətəndaşların təhlükəsizliyini qoruyan yeni bir təhlükəsizlik qurumunun yaradıldığını elan edirik. Bundan əlavə, bütün silahlı qruplaşmalar, siyasi və mülki inqilabi qurumlar ləğv edilmiş və dövlət qurumlarına inteqrasiya edilmişdir." deyə bildirib.
