Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan niderlandlı həmkarı Kaspar Veldkamp ilə Suriya və Qəzzadakı proseslər barədə telefon danışığı aparıb.
Trend xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, nazirlər həmçinin ikitərəfli əlaqələr və Türkiyə-Avropa İttifaqı münasibətləri ilə bağlı da fikir mübadiləsi aparıblar.