Bakı. Trend:
Boeing şirkətinin Starliner kosmik gəmisinə cavabdeh olan bölməsinin rəhbəri Mark Nappi istefa verib.
Trend xəbər verir ki, u barədə Reuters agentliyinə şirkət nümayəndəsi məlumat verib.
Nappinin yerinə isə daha əvvəl Beynəlxalq Kosmik Stansiya (BKS) proqramına rəhbərlik etmiş Con Malholland təyin edilib.
Xatırladaq ki, Boeing-in Starliner ekipajlı kosmik gəmisi 5 iyun 2024-cü ildə ilk ekipajlı missiyasını həyata keçirib. Gəminin göyərtəsində astronavtlar Butç Uilmor və Sunita Uilyams olub.