...

Türkiyə uşaqların sosial şəbəkə istifadəsini qadağan etməyi planlaşdırır

Dünya xəbərləri Materials 31 Yanvar 2025 04:51 (UTC +04:00)
Türkiyə uşaqların sosial şəbəkə istifadəsini qadağan etməyi planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə hökuməti 2025-ci ilə qədər 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunları qəbul etməyi nəzərdə tutur.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu CNN Türk kanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, sosial şəbəkələrdə uşaqlar üçün faydalı heç nə yoxdur: "Bu yaxınlarda Türkiyədə baş verən bəzi hadisələr bunu bir daha təsdiqləyir. 2025-ci il ərzində bir sıra tənzimləyici tədbirlər görmək üçün səylərimizi artıracağıq."

Xəbər lenti

Xəbər lenti