...

Kanada "Meta" şirkəti ilə reklam sahəsində münasibətləri yeniləyəcək

Dünya xəbərləri Materials 6 Fevral 2025 01:34 (UTC +04:00)

Bakı. Trend:

Kanada hökuməti Amerikanın "Meta" şirkəti ilə reklam sahəsində əlaqələri yeniləmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "CTV" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, xüsusilə, Ottava təxminən 100 min Kanada dollar məbləğində (70 min ABŞ dolları) korporasiyanın platformalarında reklam yerləşdirmək hüququnu əldə etmək niyyətindədir.

Qeyd edək ki, 2023-cü ildə Kanada hakimiyyəti "Meta"nın fəaliyyətindən narazı olduqları üçün "Facebook" və "Instagram" sosial şəbəkələri ilə reklam əlaqələrini dayandıracaqlarını açıqladı.

Xəbər lenti

Xəbər lenti