Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp növbəti qeyri-adi fərmanı ilə gündəmə gəlib. Bu dəfə o imzaladığı fərmanla Beynəlxalq Cinayət Məhkəməsini Amerika və onun yaxın müttəfiqi İsraili qeyri-legitim və əsasız şəkildə hədəfə almaqda ittiham edərək, adıçəkilən təşkilata qarşı sanskiya tətbiq edib.
Trend xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Sanskiyada Amerika vətəndaşları və onun müttəfiqlərinə qarşı BCM-nin istintaqında iştirak edən şəxslərin və onların ailə üzvlərinə qarşı bir sıra maliyyə və viza məhdudiyyətləri nəzərdə tutulub.
Qeyd edək ki, Tramp bu fərmanı İsrail baş naziri Binyamin Netanyanının Vaşinqtona səfər etdiyi bir vaxtda imzalayıb.