Bakı. Trend:
Birləşmiş Ştatlar orudusunda təcili və radikal islahatlar aparılmasa, dövləti gələcək müharibələrdə məğlubiyyət gözləyir.
Trend xəbər verir ki, bu haqda amerikalı milyarder və Hökumət Effektivliyi İdarəsinin (DOGE) rəhbəri İlon Mask “X” hesabında yazıb.
“Amerikanın silahlanma proqramları tam olaraq islahat prosesindən keçməlidirlər... Təcili və radikal dəyişikliklər edilməsə, növbəti müharibədə Amerika acı məğlubiyyətə düçar olacaq”, - deyə o yazıb.
Mask hesab edir ki, hazırkı silahlanma strategiyası yalnız “dünənin müharibəsini aparmağa” imkan verir.