...

Tramp MSK sədrini işdən qovdu

Dünya xəbərləri Materials 7 Fevral 2025 11:28 (UTC +04:00)
Tramp MSK sədrini işdən qovdu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Seçki Komissiyasının sədri Ellen Vayntraub ona Ağ Ev rəhbəri Donald Trampdan işdən qovulması haqda bildirişin gəldiyini söyləyib.

Trend xəbər verir ki, komissiya sədri bu barədə “X” səhifəsində məlumat paylaşıb.

Vayntraub bildirib ki, aldığı məktuba əsasən, tutduğu vəzifədən azad edilməsi haqda qərar dərhal qüvvəyə minir.

ABŞ-də azı 40 minə yaxın dövlət qulluqçusu Tramp administrasiyasının “öz istəyi ilə istefa verib, 8 aylıq müavinət almaq təklifini” müsbət qarşıladıqlarını bildiriblər. Ümumilikdə bu cür təklif iki milyona yaxın amerikalı dövlət qulluqçusuna edilib.

Bu arada ABŞ-nin Beynəlxalq İnkişaf İdarəsinin işçilərinin hüquqlarını təmsil edən iki iri həmkarlar ittifaqları Ağ Evin USAID-i bağlamaq və kütləvi ixtisarların aparılması ilə bağlı planına görə prezident Donald Trampı məhkəməyə verib. Məhkəməyə təqdim olunmuş şikayət ərizəsinə əsasən, prezidentin idarəni bağlamağa səlahiyyəti yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti