...

“Porsche” böhranın qarşısını almağa çalışır

Dünya xəbərləri Materials 8 Fevral 2025 08:31 (UTC +04:00)
“Porsche” böhranın qarşısını almağa çalışır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın tanınmış avtomobil istehsalçısı “Porsche” ölkənin digər avtomobil istehsalçıları kimi böhranla üz-üzədir.

Trend xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb.

Şirkət rəhbərliyi gəlirlərin azalmasının qarşısını almaq üçün müəyyən tədbirləri həyata keçirməyi planlaşdırır. “Volkswagen” şirkətlər qrupuna daxil olan “Porsche” qənaət və investisiya proqramını həyata keçirməklə böhranın qarşısını almağa çalışır. Son dövrlərdə elektrikli idman avtomobillərinin satışlarının zəifləməsi fonunda “Porsche” daxili yanma mühərrikləri və ya plug-in hibrid mühərriklərlə təchiz edilən avtomobillərin istehsalını yenidən genişləndirmək istəyir.

Bundan əlavə, şirkətin strukturunda da dəyişikliklərin edilməsi planlaşdırılır. “Porsche” şirkəti ötən həftə rəhbərlikdə dəyişikliklər olunacağını, vitse-prezident və maliyyə direktoru, eləcə də satış üzrə direktor ilə yolları ayıracağını açıqlamışdı. Buna əsas olaraq, xüsusilə Çin bazarında keçən il zəif göstəricilərin qeydə alınması göstərilib. Belə ki, 2024-cü ildə Çində cəmi 56 min 887 avtomobil satılıb ki, bu da 2023-cü illə müqayisədə 30 faizdən çox azalma deməkdir.

Qeyd edək ki, “Porsche” və “Audi” “Volkswagen” qrupunun ən gəlirli markalarıdır. Lakin son vaxtlar “Audi” ciddi problemlərlə üzləşib. “Volkswagen” konserni isə 2024-cü ildə artıq iki dəfə mənfəət proqnozunu aşağı salmağa məcbur olub.

Xəbər lenti

Xəbər lenti