...

Bu ölkədə dövlət sektorunda “DeepSeek” süni intelektindən istifadə qadağan olundu

Dünya xəbərləri Materials 13 Fevral 2025 14:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Norveçin Stortinq (təkpalatalı Norveç parlamenti- red.) xidməti informasiyaya çıxışı olan bütün cihazlarda Çinin “DeepSeek” süni intellekt botunun bloklanması ilə bağlı qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, belə bir qadağa krallığın Milli Təhlükəsizlik İdarəsinin tövsiyələri əsasında qəbul olunub.

Norveç parlamenti “DeepSeek”in konfidensiallığa, informasiya təhlükəsizliyinə təhdid yarada biləcəyindən, həmçinin dezinformasiya hallarına yol açacağından narahatdır.

Bundan başqa, Stortinq əməkdaşları adi vətəndaşları Çin çat-botundan istifadə edən zaman diqqətli olmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti