...

Rusiyanın Marseldəki konsolluğu qarşısında partlayış baş verib

Dünya xəbərləri Materials 24 Fevral 2025 14:31 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyanın Fransanın Marsel şəhərində yerləşən konsulluğu qarşısında partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə Rusiya konsulluğunun mətbuat xidməti bəyanat yayıb.

Məlumata görə, Marseldəki konsulluğun ərazisinə üç partlayıcı qurğu atılıb, onlardan biri partlamayıb. Hadisə nəticəsində xəsarət alanların və dağıntının olmadığı bildirilir.

İnsidentdən sonra əraziyə polis qüvvələri, o cümlədən istehkamçılar səfərbər olunub.

Rusiyanın XİN rəsmi nümayəndəsi Mariya Zaxarova baş verən hadisənin “terror aktının bütün əlamətlərini daşıdığını” bildirərək, diplomatik nümayəndəliyin təhlükəsizliyinin gücləndirilməsinə çağırıb.

Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski qeyd edib ki, hal-hazırda hadisə yerində yanğınsöndürənlər işləyir, binanın ətrafında polis kordonu qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti