Bakı.Trend:
Egey dənizində seysmik aktivlik səngimək bilmir. Bir neçə saat əvvəl Egeyin Türkiyə və Yunanıstan sularında güclü zəlzələ baş verib.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, episentri Egey dənizində qeydə alınan zəlzələnin Rixter cədvəli ilə 4,4 bal gücündə olub. Zəlzələnin yeraltı ocağı 11,46 km dərinlikdə olub.
Yeraltı təkanların Yunanıstanın Santorini adasındakı vulkanik aktivliklə əlaqədar olduğu deyilir. Zəlzələ Türkiyənin Muğla şəhərində hiss olunub. Dağıntılar və itkilər barədə hələlik məlumat yoxdur.