...

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər

Dünya xəbərləri Materials 25 Fevral 2025 12:21 (UTC +04:00)
ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ ən qısa zamanda Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, belə bir ehtimal ABŞ prezidentinin Rusiyaya qarşı sanksiyaların ləğv olunmasında iqtisadi imkanlar görməsi ilə əsaslandırılır. Bundan başqa, Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında aparılmış danışıqların gedişində Rusiya tərəfinin də belə bir təklif irəli sürdüyü bildirilir.

“Başa düşürəm ki, pullar Trampı motivasiya edən azsaylı şeylərdəndir, rusiyalılar isə Səudiyyə Ərəbistanına danışıqlara bir sıra cəlbedici biznes təkliflərindən ibarət uzun siyahı ilə gəlmişdilər. ABŞ-nin yaxın zamanda Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyini gözləyin”,- məlumatda deyilir.

Qeyd olunur ki, Avropa İttifaqı böyük ehtimalla Vaşinqtonun belə bir gedişini dəstəkləməyəcək və Moskvaya qarşı “məhdudlaşdırıcı ölçülər” siyasətini israrlı şəkildə davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti