...

Paşinyanın mətbuat katibinin evi qarət olunub

Dünya xəbərləri Materials 26 Fevral 2025 20:12 (UTC +04:00)
Paşinyanın mətbuat katibinin evi qarət olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanın baş nazir Nikol Paşinyanın mətbuat katibinin evi qarət olunub. Cinayət hadisəsi yaxın günlərdə Nazeli Baqdasaryanın İrəvandakı evində baş verib

Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata əsasən, oğrular dövlət rəsmisinin evindən böyük məbləğdə nağd pul oğurlayıb.

İlkin istintaqın çərçivəsində hüquq-mühafizə orqanları əməkdaşları qarətdə iştirak etməkdə şübhəli bilinən bir neçə dəstə üzvünü saxlayıb.

Oğurlanan pulların məbləği və saxlanılan şəxslərin kimliyi açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti