...

Almaniyada məhkəmə binası yaxınlığında atışma olub, iki nəfər yaralanıb

Dünya xəbərləri Materials 26 Fevral 2025 21:19 (UTC +04:00)
Almaniyada məhkəmə binası yaxınlığında atışma olub, iki nəfər yaralanıb

Bakı. Trend:

Almaniyanın qərbindəki Bilefeld şəhərinin mərkəzində atışma nəticəsində ən azı iki nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "DPA" agentliyi polis nümayəndəsinə istinadən bildirib.

Məlumata əsasən, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları genişmiqyaslı əməliyyat keçirirlər.

Qeyd edək ki, bundan əvvəl Bilefelddə naməlum şəxs məhkəmə binasının yaxınlığında atəş açıb. Hadisə peşəkar boksçu Besar Nimaninin qətli ilə bağlı dinləmə zamanı baş verib.

Hadisədə neçə nəfərin olduğu hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti