...

Rusiya və ABŞ İstanbuldakı səfirlik işinin normallaşdırılmasını müzakirə edəcəklər

Dünya xəbərləri Materials 27 Fevral 2025 02:01 (UTC +04:00)
Rusiya və ABŞ İstanbuldakı səfirlik işinin normallaşdırılmasını müzakirə edəcəklər

Bakı. Trend:

Rusiya və ABŞ-nin yüksək səviyyəli diplomatları fevralın 27-də İstanbulda görüşərək hər iki ölkədəki səfirliklərin normal fəaliyyətinin bərpasını müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bu bərədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Sabah İstanbulda belə bir görüş baş tutacaq, düşünürəm ki, onun nəticələri bizim nə qədər tez və effektiv hərəkət edə biləcəyimizi göstərəcək", - deyə o bildirib.

Nazirin sözlərinə görə, “yüksək səviyyəli diplomatlarımız, ekspertlərimiz görüşüb əvvəlki administrasiyanın Rusiya səfirliyinin fəaliyyətinə süni maneələr yaratmaq məqsədilə qanunsuz fəaliyyəti nəticəsində toplanmış sistemli problemləri araşdıracaqlar, buna təbii ki, biz də cavab vermişik və eyni zamanda Moskvadakı səfirliyin fəaliyyəti üçün narahatedici şərait yaratmışıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti