Bakı. Trend:
Türkiyə Qəzza zolağında münaqişənin yenidən başlamasının qarşısını almaq üçün İsrailə təzyiq göstərmək üçün Rusiya və Çin də daxil olmaqla beynəlxalq ictimaiyyətin köməyinə ümid edir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan "Al-Jazeera" televiziya kanalına müsahibəsində deyib.
"Beynəlxalq ictimaiyyət, xüsusilə Amerika, Avropa və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri - Rusiya və Çin İsrailə lazımi təzyiq göstərməlidir", - deyə nazir bildirib.
Onun sözlərinə görə, “Netanyahunun bütün girovları alan kimi yenidən müharibəyə başlayacağı ilə bağlı qorxular var”.