Bakı. Trend:
Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İran Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası baş tutub.
Trend xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin məsləhətləşmələrin yekunlarına dair dərc olunmuş bəyanatında deyilir.
BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatına görə, iclasa BƏƏ xarici işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi Lana Zəki Nuseibə və İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi sədrlik edib.
"Hər iki tərəf siyasi məsləhətləşmələrin birinci raundunun keçirilməsini alqışlayıb və onun ümumi maraq doğuran məsələlərin müzakirəsində əhəmiyyətini vurğulayıb", - deyə BƏƏ-nin bəyanatında qeyd olunub.