Bakı. Trend:
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampla söhbətində hərəkətlərinə və sözlərinə görə üzr istəməyəcəyini bildirib.
Trend xəbər verir ki, bunu “Fox News” telekanalına müsahibəsində bildirib.
"Mən prezidentə və Amerika xalqına hörmət edirəm. Düşünürəm ki, biz açıq və dürüst olmalıyıq. Səhv bir şey etdiyimizi düşünmürəm”, – deyə Zelenski vurğulayıb.
Bununla yanaşı, o, Amerika lideri ilə münasibətlərin hələ də bərpa oluna biləcəyinə inandığını bildirib:
"Bəli, əlbəttə. Çünki bu, sadəcə prezidentlər arasındakı münasibətdən daha çoxdur. Bu, xalqlarımız arasında tarixi və möhkəm münasibətdir", – deyə Ukrayna lideri əlavə edib.