...

Ukrayna Böyük Britaniyadan 3,2 milyard dollar məbləğində müdafiə krediti alacaq

Dünya xəbərləri Materials 2 Mart 2025 00:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna və Böyük Britaniya Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün 2,6 milyard funt sterlinqlik (3,2 milyard dollar) kredit sazişi imzalayıblar.

Trend-in məlumatına görə, bu barədə Ukrayna KİV-ləri xəbər verib.

İmzalanma mərasimi Londonda prezident Volodimir Zelenski ilə baş nazir Kir Starmer arasında keçirilən görüş zamanı baş tutub.

Məlumata əsasən, Ukrayna Maliyyə Nazirliyi və Böyük Britaniya Xəzinədarlığı arasında müqavilə Ukrayna üçün müdafiə materiallarının alınmasını maliyyələşdirmək üçün 30 illik kredit nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti