...

Potensial atəşkəs güclü təhlükəsizlik təminatları ilə başlamalıdır - Ukrayna

Dünya xəbərləri Materials 3 Mart 2025 03:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna ilə Rusiya arasında potensial atəşkəsin əsası güclü təhlükəsizlik təminatları olmalıdır.

Trend xəbər verir ki, Ukrayna Prezidentinin rəsmi saytı Londonda Avropa liderlərinin iştirakı ilə keçirilən sammit sonrası qəbul edilən bəyanata əsasən, Ukrayna ilə Rusiya Federasiyası arasında potensial atəşkəsin əsası güclü təhlükəsizlik təminatları olmalıdır.

Bəyanatda qeyd olunub: "Potensial atəşkəsin əsası mütləq güclü təhlükəsizlik təminatları olmalıdır. Xüsusilə, Ukrayna ordusunun təhlükəsizliyinin və gücləndirilməsinin təminatlarından biri kimi Şimali Atlantika Müqaviləsi mexanizmlərinin cəlb edilməsi imkanları nəzərdən keçirilir".

Ukrayna Prezidentinin mətbuat xidməti, həmçinin atəşkəsin başlanmasının əsirlərin dəyişdirilməsi və uşaqların geri qaytarılması ilə başlamalı olduğunu vurğulayıb: "Bu, Rusiyanın sülhlə bağlı əsl niyyətini nümayiş etdirəcək addımdır".

Xəbər lenti

Xəbər lenti