Bakı. Trend:
Almaniyada keçirilən parlament seçkilərində qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik (XDİ/XSİ) blokunun lideri Fridrix Mers ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə XDİ/XSİ fraksiyasının sədr müavini Yohan Vadeful məlumat verib.
“Mers ən qısa zamanda Trampla görüşəcək və o zaman artıq onun əlində daha yüksək müdafiə xərcləri olacaq”, – Vadeful bildirib.