...

İsraildə avtovağzalda atışma - Yaralılar var

Dünya xəbərləri Materials 3 Mart 2025 12:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin şimalında yerləşən Hayfa şəhərində silahlı insident baş verib.

Trend xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Kimlikləri açıqlanmayan iki şəxs Hayfa mərkəzi avtovağzalında odlu silahdan atəş açaraq 4 nəfəri yaralayıb.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin silahlıları zərərsizləşdirdiyi bildirilir.

Rəsmi Tel-Əviv Hayfa avtovağzalında törədilmiş hücumu terror aktı kimi qiymətləndirib.

Bundan əvvəl terrorçunun odlu silahdan istifadə etdiyi bildirilsə də, onun zərərçəkənlərə bıçaq xəsarətləri yetirdiyi dəqiqləşib. Yaralılardan 3-nün vəziyyəti ağırdır. Terrorçu hadisə yerində öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti