...

Britaniya "TikTok"a qarşı irimiqyaslı istintaq başladıb

Dünya xəbərləri Materials 3 Mart 2025 14:53 (UTC +04:00)
Britaniya "TikTok"a qarşı irimiqyaslı istintaq başladıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Britaniyanın İnformasiya Komissarının İdarəsi (ICO) sosial şəbəkədə azyaşlılara aid şəxsi məlumatlardan istifadə ilə bağlı “TikTok” şirkətinə qarşı “irimiqyaslı istintaqa” başlayıb.

Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Britaniyanın İnformasiya Komissarı Con Edvardsın sözlərinə görə, qurum Çində mərkəzləşən sosial şəbəkənin məlumat toplama praktikasını, o cümlədən, 13-17 yaşları arasında uşaqlardan məlumatların toplanması daha sonra isə gələcəkdə onların əsasında azyaşlılara videotövsiyələrin təqdim edilməsini təmin edən alqoritmin özəlliklərini araşdıracaq.

Komissar mövcud alqoritmlərin uşaqlara aid məlumatların internetə sızdırılmasına şərait yarada biləcəyindən ehtiyat edir. Həmçinin, idarə uşaqların təqdim olunan videolara görə mobil cihazlar arxasında normadan çox (sağlamlığa zərərli olacaq səviyyədə) vaxt keçirməsinə səbəb olub-olmadığını araşdıracaq.

“TikTok”dan BBC-nin sorğusuna cavabda bildiriblər ki, şirkətin fəaliyyəti yeniyetmələrin şəxsi məlumat toxunulmazlığını və təhlükəsizliyini qorumaq məqsədi daşıyan ciddi və genişəhatəli ölçülərə əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti