Bakı. Trend:
Kanada əhalisinin üçdə ikisi ABŞ-də istehsal olunan malları daha az almağa başlayıblar, 55 faizi isə ümumiyyətlə Amerikanın “Amazon” alış-veriş platformasından imtina edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər Kanadanın “Leger Marketing” şirkətinin apardığı araşdırmaya istinadən məlumat yayıb.
Araşdırmanın nəticələrinə əsasən, kanadalı istehlakçıların kütləvi surətdə amerika malları və xidmətlərindən imtina etməsi ABŞ prezidenti Donald Trampın onların ölkələrinə olan münasibətinə reaksiyadır.
Kanadalılar eyni zamanda, sosial şəbəkələrində ABŞ mallarının yerli və ya xarici alternativləri ilə bağlı bir-birini məlumatlandırmağa başlayıblar. Bəziləri hətta kanadalıları ABŞ-yə səfərləri təxirə salmağa çağırır.