...

ABŞ prezidenti Çin mallarına rüsumları 20%-dək qaldırdı

Dünya xəbərləri Materials 4 Mart 2025 05:07 (UTC +04:00)
ABŞ prezidenti Çin mallarına rüsumları 20%-dək qaldırdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Pekinin ABŞ-yə narkotik axınının qarşısını almaq üçün adekvat tədbirlər görmədiyini deyərək, Çin mallarına rüsumları iki dəfə artırıb.

Trend-in məlumatına görə, bu barədə Donald Trampın Ağ Ev tərəfindən dərc edilmiş fərmanında deyilib.

"Narkotik vasitələrin qanunsuz dövriyyəsi böhranının təsirlərini yumşaltmaq üçün Çinin adekvat addımlar atmamasını nəzərə alaraq, 14195 saylı İcra Fərmanından 2-ci bəndinin “a” bəndinə, “10%” sözləri çıxarılaraq, “20%” sözləri əlavə edilir", - deyə qeyd edilib.

Sənədə əsasən, ABŞ administrasiyası hesab edir ki, Çin hökuməti “fentanil də daxil olmaqla sintetik opioidlərin davamlı axınının qarşısını almaq üçün tədbirlər görməyib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti