...

ABŞ HƏMAS-la girovların azad edilməsi və atəşkəs üçün birbaşa danışıqlar aparır

Dünya xəbərləri Materials 5 Mart 2025 22:48 (UTC +04:00)
ABŞ HƏMAS-la girovların azad edilməsi və atəşkəs üçün birbaşa danışıqlar aparır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası HƏMAS hərəkatı ilə amerikalı girovların azad edilməsi və Qəzza zolağında daha geniş atəşkəs razılaşmasının mümkünlüyü barədə şəxsi birbaşa danışıqlar aparır.

Trend xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Dohada Trampın girovluq məsələləri üzrə xüsusi nümayəndəsi Adam Beyler və HƏMAS nümayəndələri arasında görüşlər keçirilib. Bildirilir ki, ABŞ 1997-ci ildən bəri terror təşkilatı kimi tanıdığı HƏMAS-la ilk dəfə birbaşa danışıqlar aparır.

Vaşinqtonun səyləri Qəzza zolağında saxlanılan girovların azad edilməsi və İsraillə uzunmüddətli atəşkəsə nail olmağa yönəlib. Lakin tərəflər hələlik hər hansı bir razılığa gəlməyib.

Xəbər lenti

Xəbər lenti