...

Avropa Komissiyası vətəndaşlar istifadə olunmamış əmanətlərini müdafiə sənayesinə yönəldəcək

Dünya xəbərləri Materials 6 Mart 2025 03:26 (UTC +04:00)
Avropa Komissiyası vətəndaşlar istifadə olunmamış əmanətlərini müdafiə sənayesinə yönəldəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) vətəndaşlarının istifadə olunmamış əmanətlərindən ibarət 10 trilyon avroluq vəsaitin Avropanın militarizasiyası və hərbi-sənaye kompleksinə dəstək üçün səfərbər edilməsi yollarını araşdırır.

Trend xəbər verir ki, bu barədə AK-nın Mətbuat Xidmətinin maliyyə xidmətləri və investisiyalar üzrə komissarı Mariya Luiş Albukerke açıqlama verib.

"Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindən açıqlanan Avropanın yenidən silahlanması planı böyük ölçüdə özəl investisiyaların cəlb edilməsinə əsaslanacaq", - Albukerke qeyd edib.

Onun sözlərinə görə, Avropanın əsas problemi istifadə edilməyən əmanətlərlə maliyyə vəsaitinə ehtiyacı olan müəssisələr arasında mövcud uçurumdur. Buna görə də, AK "İnvestisiya və Əmanət İttifaqı" adlı yeni proqram çərçivəsində vətəndaşların şəxsi vəsaitlərini Aİ sənayesinə, xüsusilə hərbi sektora yönəltmək üçün yeni sxem yaratmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti