...

Avropa "real təhlükə" ilə üz-üzə qalıb - Komissiyanın rəhbəri

Dünya xəbərləri Materials 6 Mart 2025 15:45 (UTC +04:00)
Avropa "real təhlükə" ilə üz-üzə qalıb - Komissiyanın rəhbəri
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa “real təhlükə” ilə üz-üzə qalıb.

Trend xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen öz “X” platformasında yazıb.

Lyayen bildirib ki, Avropanın özünü müdafiə etmək və Ukraynanı güclü mövqeyə keçirmək imkanı olmalıdır.

“Avropa aşkar və real təhlükə ilə üz-üzə qalıb. Biz özümüzü müdafiə etmək və Ukraynanı güc mövqeyinə keçirməyə qadir olmalıyıq. Avropanın yenidən silahlandırılması müdafiə xərclərini artıracaq, bizim müdafiə-sənaye bazamızı möhkəmləndirəcək və özəl sektoru investisiyalara təşviq edəcək”, - deyə o Brüsseldə keçirləcən Avropa İttifaqı liderlərinin sammiti ərəfəsində yazıb.

Qeyd edək ki, Avropa İttifaqının növbədənkənar sammiti bu gün Belçikanın paytaxtında keçirilir. Zirvə toplantısında başlıca olaraq Ukraynaya yardım və “Avropanı yenidən silahlandırmaq” proqramının müzakirəsi olacaq. Sözügedən proqramın layihəsində Avropa İttifaqı ölkələrinin ABŞ-dan hərbi asılılığını azaltmaq məqsədilə onun hərbi potensialının artırılması, bu məqsədlə də 800 milyard avro vəsaitin ayrılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti