...

Bu ölkə Suriyaya qarşı sanksiyaları ləğv edib

Dünya xəbərləri Materials 6 Mart 2025 18:00 (UTC +04:00)
Bu ölkə Suriyaya qarşı sanksiyaları ləğv edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Britaniya hökuməti bir sıra Suriya banklarına, o cümlədən ölkənin mərkəzi bankına və Suriyaya aid neft şirkətlərinə qarşı sanksiyaları ləğv edib.

Trend xəbər verir ki, bu barədə müvafiq sənəd Birləşmiş Krallığın Maliyyə Nazirliyinin saytında dərc olunub.

Məlumata görə, qara siyahıdan Al Furat, Deir Ez-Zur, Dula, Ebla, General Petroleum Corporation, Mahrukat, Overseas Petroleum Trading, Syria Trading Oil Company (Sytrol), Syrian Company for Oil Transport, Syrian Petroleum Company, həmçinin The Homs Refinery Company və The Baniyas Refinery Company neft şirkətləri çıxarılıb.

Eyni zamanda “Syrian Arab Airlines” aviaşirkətinə qarşı, həmçinin səkkiz bankla, o cümlədən Sənaye bankı və Kommersiya bankına qarşı sanksiyalar ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti